Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq

Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq
# 29 noyabr 2021 16:25 (UTC +04:00)

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

APA-nın məlumatına görə, qanuna əsasən, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmayacaq.

Eyni zamanda “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə də dövlət rüsumu tutulmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR