Pedaqoji Universitetin 100 illiyi münasibətilə yubiley medalı təsis olunur

Pedaqoji Universitetin 100 illiyi münasibətilə yubiley medalı

© APA | Pedaqoji Universitetin 100 illiyi münasibətilə yubiley medalı

# 05 noyabr 2021 13:36 (UTC +04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illiyi (1921-2021) münasibətilə yubiley medalı təsis ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bi gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Azərbaycanın Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalı haqqında əsasnamə” və “Azərbaycanın Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalının təsviri də təsdiq ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR