Pediatr: “COVID virusları da qastroenteritə səbəb ola bilir”

Pediatr: “COVID virusları da qastroenteritə səbəb ola bilir”
# 16 iyul 2021 16:26 (UTC +04:00)

“COVID-19 infeksiyası da bir virus infeksiyasıdır və qastroenteritlərə ən çox səbəb olan viruslardır”.

APA-nın məlumatına görə, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı, uzman Azər Əhmədov “Uşaqlarda gastroenteritlər” mövzusunda çıxışında deyib.

O bildirib ki, qastroenterit arasında virus infeksiyalarından ən çox rast gəlinən rota, adena viruslardır: “COVID virusları da qastroenteritə səbəb ola bilir. COVID-19-un klinikası arasında ishal və qusma şikayətləri də olur. Bu zaman da biz simptomatik müalicəyə üstünlük veririk. COVID -19 mədə-bağırsaq sisteminə də təsir edə bilir. Amma hər ishal, qusmaya COVID -19 demək olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR