Pediatr: "Son vaxtlar uşaqların koronavirusdan mənfi təsirləndiklərinin şahidi oluruq"

Pediatr: "Son vaxtlar uşaqların koronavirusdan mənfi təsirləndiklərinin şahidi oluruq"
# 06 sentyabr 2021 10:41 (UTC +04:00)

“COVID-19 virusu bütün yaş qruplarına, eləcə də uşaqlara təsir edə bilər. Xüsusilə ətraflarında yoluxmuş şəxslərin olması uşaqları COVID-19 infeksiyasına gətirib çıxara bilər”.

APA-nın məlumatına görə, bunu 15 saylı uşaq poliklinikasının şöbə müdiri, həkim pediatr Şükufa Əlikişibəyova deyib. O bildirib ki, uşaqların bu xəstəlikdən təsirlənmədikləri və koronavirusun erkən mərhələlərində ciddi xəstəliklərə tutulma ehtimallarının daha az olduğu düşünülsə də, son zamanlar uşaqların da koronavirusdan mənfi təsirləndikləri müşahidə olunur:

“Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Bəzi uşaqlarda ishal və qarın ağrısı kimi həzm problemləri yanaşı görülə bilir. Bəzilərində yüksək hərarət, öskürək, bəlğəm, sinədə xırıltı və bədən də səpkilərin olması birlikdə görülə bilər. Son məlumatlarda məlumdur ki, koronavirus bir həftə ərzində irəlilədikdə və müalicə edilmədikdə ciddi problemlərə, hətta ürəklə bağlı problemlər və qan laxtalanma problemlərinə rast gəlinir. Bu simptomlar hətta həyatı təhdid edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR