Pensiya fondunun növbəti ildən investisiya fəaliyyətinə başlamasına dair konsensus əldə edilib

Sahil Babayev

© APA | Sahil Babayev

# 12 noyabr 2021 15:39 (UTC +04:00)

“Növbəti ildən etibarən pensiya fondunun investisiya fəaliyyətinə başlaması barədə hökumət qurumları ilə konsensus əldə edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunun üzərində iş davam edir: “Aidiyyəti məlumat dövlət qurumlarına verilib, rəyi gözləyirik. Ondan sonra da qanunvericiliyə dəyişikliklə bağlı layihələr Milli Məclisə təqdim ediləcək. Bununla da gələn ildən pensiya fondu investisiya qurumu kimi də fəaliyyət göstərə biləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR