Peşə məktəblərinə tələbə qəbulu ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

Peşə məktəblərinə tələbə qəbulu ilə bağlı Apelyasiya Komissiyası yaradılıb
# 14 sentyabr 2021 18:29 (UTC +04:00)

Peşə təhsil müəssisələrinə qəbul və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apelyasiya Komissiyası yaradılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, Komissiya apelyasiya müraciətlərinə baxılması üçün 15-17 sentyabr tarixlərində fəaliyyət göstərəcək. Qeyd edək ki, apelyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.

15 sentyabr tarixindən etibarən müraciətçilər həm elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə, həm də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə (ünvan: Binəqədi rayonu, Koroğlu Rəhimov 70) yaxınlaşaraq birbaşa apelyasiya komissiyasına öz müraciətlərini ünvanlaya bilərlər. Komissiyaya yerində müraciət edə bilməyən şəxslər qeyd edilən tarixlərdə [email protected] elektron poçt ünvanına müraciətlərini yazılı məktubla göndərə bilərlər.

Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla (Təlimata uyğun) həyata keçirilməlidir:

Şəxsi kabinetinə daxil olunur.

“Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir.

“Müraciət et” bölməsinə daxil olunur.

Şəxsi məlumatlar daxil edilir.

Əvvəlki təhsil məlumatları daxil edilir

Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir.

Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində birbaşa apelyasiya komissiyası 15-17 sentyabr tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Göstərilən saatlar daxilində vətəndaşların müraciətlərinə yerində baxılacaq.

[email protected] elektron poçt ünvanına 15-17 sentyabr tarixində edilmiş apelyasiya müraciətləri apelyasiya komissiyası tərəfindən cavablandırılacaqdır. Müraciət göndərərkən mütləq ad, soyad, ata adı və əlaqə nömrəsi qeyd olunmalıdır.

Qeyd edək ki, hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 17 sentyabr tarixinədək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR