Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsi başa çatıb

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsi başa çatıb
# 07 sentyabr 2021 11:36 (UTC +04:00)

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsi başa çatıb.

APA-nın məlumatına görə, 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsi yekunlaşıb.

Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR