Peşə təhsilinə fasilə verən tələbələrin bərpası elektron qaydada həyata keçiriləcək

Peşə Təhsili üzrə Dövlət Agentliyi

© APA | Peşə Təhsili üzrə Dövlət Agentliyi

# 29 iyun 2021 12:10 (UTC +04:00)

Portal.edu.az platformasına peşə təhsili pilləsi üzrə təhsil alanlar üçün yeni elektron xidmət əlavə edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, peşə təhsili müəssisələrində təhsilini yarımçıq saxlayan şəxslərin yenidən təhsilinə davam edə bilməsi məqsədilə “Təhsilin bərpası” elektron xidməti vətəndaşların istifadəsinə verilib. Sözügedən xidmət peşə təhsilinə fasilə verən tələbələrin bərpasını elektron qaydada həyata keçirir.

Xidmətdən istifadə etmək istəyən vətəndaşlar portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra “Təhsilin bərpası” xidmətinə daxil olaraq, elektron müraciətlərini göndərə bilərlər. Daxil edilən məlumatların doğruluğu elektron sistem vasitəsilə yoxlanıldığı və məlumatlar təsdiqini tapdığı təqdirdə, təhsilinə fasilə vermiş tələbə müvafiq istiqamət üzrə bərpa olunaraq təhsilini davam etdirə biləcək. Sözügedən yeni xidmət peşə təhsili üzrə vahid mərkəzləşmiş elektron idarəetmənin tərkib hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR