"Pfizer/BioNTech" Omicron ştammına qarşı peyvənd istehsal edəcək

"Pfizer/BioNTech" Omicron ştammına qarşı peyvənd istehsal edəcək
# 08 dekabr 2021 16:51 (UTC +04:00)

"Pfizer" şirkəti Pfizer-BioNTech COVID-19 peyvəndinin (BNT162b2) yaratdığı serum antikorlarının üç dozadan sonra SARS-CoV-2 Omicron variantını zərərsizləşdirdiyini göstərən ilkin laboratoriya tədqiqatının nəticələrini açıqlayıb.
APA-nın xəbərinə görə, bu barədə "Pfizer"in saytında məlumat verilib.
"Peyvəndin iki dozası hələ də Omicron ştammının səbəb olduğu ağırlaşmadan qorunma təmin edə bilsə də, bu ilkin məlumatlardan aydın olur ki, peyvəndimizin üçüncü dozası ilə qorunma yaxşılaşır”, - deyə "Pfizer"in baş icraçı direktoru Albert Bourla bildirib.

“Mümkün qədər çox insanın ilk iki doza seriyası ilə tam peyvənd olunmasını təmin etmək COVID-19-un yayılmasının qarşısını almaq üçün ən yaxşı yol olaraq qalır", - deyə o əlavə edib.
“Bizim əldə etdiyimiz ilkin məlumat göstərir ki, üçüncü doza hələ də Omicron ştammının səbəb olduğu hər hansı bir ağırlaşmadan kifayət qədər qorunma təmin edə bilər”, BioNTech-in həmtəsisçisi Uğur Şahin deyib. “Bütün dünyada geniş peyvəndləmə kampaniyaları bizə hər yerdə insanları daha yaxşı qorumağa və qış mövsümündən çıxmağa kömək edə bilər. Biz Omicron ştammına qarşı yüksək səviyyəli qoruma, eləcə də hazırkı peyvəndlə müqayisədə uzunmüddətli qoruma yaratmağa kömək edəcək uyğunlaşdırılmış vaksin üzərində işləməyə davam edirik".

"Pfizer" şirkəti bildirib ki, bu nəticələr ilkin olsa da, dərman şirkətləri Omicron-a qarşı müdafiəni qiymətləndirmək və ən təsirli yolu tapmaq üçün daha çox laboratoriya məlumatları toplamağa davam edəcəklər. "Noyabrın 25-də şirkətlər Omicron ştammına qarşı COVID-19 peyvəndi üzərində işləməyə başlayıblar. Omicron-dan qorunmanın səviyyəsini gücləndirmək üçün peyvəndin uyğunlaşdırılması lazımdır və bu davam edəcək. Omicron-a qarşı peyvəndin ilk partiyaları istehsal oluna bilər və 100 gün ərzində tədarük üçün hazır olması planlaşdırılır lakin burada tənzimləyici institutların təsdiqini gözləmək lazım olacaq.
Pfizer və BioNTech çox güclü neytrallaşdırma titrlər yaradan peyvəndləri də sınaqdan keçiriblər. Bu təcrübəyə əsaslanaraq şirkətlər 2022-ci ilin mart ayında Omicron ştammına qarşı peyvəndi təqdim edəcəkləri ilə bağlı yüksək əminlik nümayiş etdirirlər", -deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR