Postmüharibə dövründə işlə təmin olunan şəhid ailəsi üzvü və qazilərin sayı açıqlanıb

Mustafa Abbasbəyli

© APA | Mustafa Abbasbəyli

# 15 oktyabr 2021 12:45 (UTC +04:00)

"Postmüharibə dövründə həyata keçirdiyimiz işlər 12316 şəhid ailəsi üzvü və müharibə qazisini əhatə edib".

APA-nın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, onlardan 5313 nəfəri özünüməşğulluq proqramına cəlb edilib, 2019 nəfərin işlə təmin edilməsi həyata keçirilib. Onlardan 530-u ictimai işlərə cəlb olunub. 42 müharibə əlili kvota ilə iş yeri yaradılması və təmin edilməsi proqramı çərçivəsində məşğulluqla təmin edilib: "Sosial tərəfdaşların dəstəyi ilə 100-ə yaxın şəxs öz məşğulluğunu təmin edə bilib. İyun ayından “Məşğulluq marafonu” çərçivəsində 1000-ə yaxın şəxsin məşğulluğu təmin olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR