Prokurorluq: Amnistiya aktı indiyə qədər məhkumların 85,37 faizinə tətbiq edilib

Elnur Musayev 

© APA | Elnur Musayev 

# 06 dekabr 2021 14:44 (UTC +04:00)

“Amnistiya aktını Zəfərin mərhəməti adlandırmaq olar. Bu, humanist addımdır”.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib. Onun sözlərinə görə, akt qüvvəyə mindikdən sonra prokurorluq orqanları tərəfindən icrası ilə bağlı Baş Prokuror Kamran Əliyev tərəfindən müvafiq tapşırıqlar verilib.

O bildirib ki, Amnistiya aktı həm cinayət törətmiş şəxslər barəsində həm də məhkum olunmuş şəxslərə tətbiq olunub. Akt indiyə qədər məhkumların 85,37 faizinə tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR