Prokurorluq işçilərinin peşə hazırlığının artırılması məqsədilə tədbirlər keçirilib

Prokurorluq işçilərinin peşə hazırlığının artırılması üçün tədbirlər keçirilir

© APA | Prokurorluq işçilərinin peşə hazırlığının artırılması üçün tədbirlər keçirilir

# 13 sentyabr 2021 15:19 (UTC +04:00)

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi, istintaq, dövlət ittihamının müdafiəsi, cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədi ilə tədris tədbirləri davam etdirilir.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, silsilə xarakteri daşıyan və artıq sayca üçüncü tədris tədbirləri 13 avqust 2021-ci il tarixdən başlayaraq keçirilir. 10 sentyabr 2021-ci il tarixdə “Zoom” proqramı vasitəsi ilə onlayn şəkildə keçirilan növbəti tədris tədbiri zamanı müvafiq sahələr üzrə zəngin təcrübəsi olan mühazirəçilər tərəfindən dinləyicilərə “Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında cinayət işlərinin baxılmasına xitam verilməklə prokurora qaytarılmasına səbəb olan səciyyəvi kobud pozuntular” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” mövzusunda mühazirələr deyilmiş, mövzular ətrafında geniş müzakirələr aparılıb, dinləyicilərin maraq doğuran sualları cavablandırılıb.
Tədbir zamanı həmçinin, milli qanunvericiliyə edilmiş mühüm əlavə və dəyişikliklər, qüvvəyə minmiş yeni qanunlar, fərmanlar və sərəncamlar, habelə Konstitusiya və Ali məhkəmənin plenum qərarları barədə dinləyicilərə ətraflı məlumatlar verilib.
Tədbirin sonunda maraq doğuran digər suallar mühazirəçilər tərəfindən cavablandırılmış, eləcə də dinləyicilər arasında faydalı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR