Prorektor: "Ötən il Pedaqoji Universitetin 1650 məzunu əmək bazarına daxil olub"

Prorektor: "Ötən il Pedaqoji Universitetin 1650 məzunu əmək bazarına daxil olub"
# 11 iyun 2021 16:12 (UTC +04:00)

“Ötən il 2029 bakalavr məzunumuz olub ki, onlardan 250 nəfəri magistraturaya qəbul olunub. Xaricdə magistraturaya qəbul olunanların təəssüf ki, statistikası aparılmayıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunmuş mətbuat konfransında Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirib.

Onun sözlərinə görə, hərbi xidmətə gedən məzunları çıxmaqla 1650 məzun birbaşa əmək bazarına daxil olub: "Qeyd edim ki, məzunlarımızın 677 nəfəri müəllimlərin işə qəbulu imtahanında iştirak edib, onların 51,2 faizi, yəni 347-si 50-60 arası bal toplayıb. 435 nəfər artıq təyinat alıb. 2029 məzundan niyə ancaq 1650 nəfərin əmək bazarına daxil olduğuna gəldikdə isə qeyd edim ki, tələbələrimizin böyük əksəriyyəti xanımlardır, onların də bəziləri ailə qurduqdan sonra işləmir. Araşdırmamıza görə, universitetə qəbul olunan tələbələrin 50-60 faizi bura öz istəkləri ilə qəbul olunurlar".

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR