Prorektor: “Pedaqoji Universitetin Vətən müharibəsində 11 şəhidi olub”

Azərbaycan Dövlət Pedaqoji Universiteti

© APA | Azərbaycan Dövlət Pedaqoji Universiteti

# 11 iyun 2021 15:43 (UTC +04:00)

“130-dan çox keçmiş məzunumuz və tələbəmiz Vətən müharibəsində iştirak edib. 11 şəhidimiz olub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunan mətbuat konfransında tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirib.

Prorekror deyib ki, eyni zamanda, Vətən müharibəsində universitetin 2 tələbəsi yaralanıb.

Onun sözlərinə görə, Elmi Şuranın qərarı var ki, şəhid və qazi ailələrinə xüsusi həssaslıqla yanaşılsın: “Ötən gün Quba filialında bir şəhid bacısı da imtahanda iştirak edirdi, mən də, filial rəhbəri də imtahana qoşulduq, çox uğurla da cavab verdi. Belə tələbələrə həssaslıqla yanaşırıq. Təhsildə güzəşt olmamalıdır, amma bu məsələ istisnadır".

Prorektor, eyni zamanda, pandemiyanın mənfi təsirindən də danışıb: "Pandemiya nəticəsinə məzmunda itkinin olduğunu düşünürük, pandemiyadan sonra dəqiq hesablaya biləcəyik. Hər tələbə sərbəst öyrənə bilmir. Hansı tələbələr nəticələrini yaxşılaşdırmaq istəyirlərsə, uğursuz, qeyri-müvəffəq qiymət alıbsa, yay məktəbində iştirak edə bilər. Yay məktəbi üçün Təhsil Nazirliyindən icazə almışıq. Yəqin ki, iyulda təşkil edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR