Psixiatr-narkoloq: ““Teleterapiya haqqında” qanunun qəbuluna ehtiyac var”

Zəfər Əliyev

© APA | Zəfər Əliyev

# 30 noyabr 2021 12:19 (UTC +04:00)

“Yaxşı narkoloq olmaq üçün yaxşı psixiatr olmaq lazımdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə psixiatr-narkoloq Zəfər Əliyev deyib.

O, narkoloji sahə ilə psixiatriya sahəsinin birləşdirilməsini təklif edib: “Dünyada belə təcrübə var. Narkoloji sahədə heç bir kliniki protokol yaranmayıb. Narkoloji xidmətin səviyyəsini qaldırmaq üçün mən təklif edirəm bu iki xidmət birləşdirilsin və “Narkoloji xidmət haqqında” və “Psixiatriya haqqında” qanunlara da bununla bağlı dəyişiklik edilsin. “Teleterapiya haqqında” qanunun qəbuluna ehtiyac var. Bu tibbi yardıma çatmağı daha da asanlaşdıracaq. Narkomaniya ilə mübarizə sahəsində çox effektiv dərmanlar var. Yaxşı olar ki, bu dərmanlar da alınsın və narkoloji mərkəzlərdə istifadə olunsun. Bu dərmanların qiyməti elə də baha deyil. Bu sahədə istifadə olunan “Metadon” istifadəsini düzgün hesab etmirəm, bu proqram çox səmərəsiz olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR