Qadın hüquqları ilə bağlı MM-də konfrans, məişət zorakılığı mövzusunda dinləmə keçiriləcək

Milli Məclisin binası

© APA | Milli Məclisin binası

# 20 sentyabr 2021 16:57 (UTC +04:00)

Qadın hüquqları ilə bağlı aidiyyəti qurumlar, bu sahədə mövcud qeyri-hökumət təşkilatları ilə birgə Milli Məclisdə konfrans keçiriləcək.

APA-nın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində qadın hüquqları ilə bağlı Ailə Qadın və Uşaq Komitəsi, bu sahədə mövcud olan vətəndaş, QHT təşkilatları ilə birgə video-konfrans keçiriləcək. Görüşün nəticəsi olaraq təkliflərlə bağlı hesabat hazırlanacaq.

Həmçinin, məişət zorakılığı mövzusunun aktuallığını nəzərə alınaraq paytaxt və bölgələrdə dövlət ailə siyasəti, qadınların hüquqları ilə bağlı bütün təbəqələrin iştirakı ilə maarifləndirilmə layihələrinin, ictimai müzakirələrin keçirilməsi də komitənin iş planına daxil edilib.

Ailə Qadın və Uşaq Komitəsi ilə birlikdə ixtisaslaşmış QHT nümayəndələrinin iştirakı ilə məişət zorakılığına dair dinləmə keçirilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR