Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə tədbirlər proqramının müddəti uzadılıb

Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə tədbirlər proqramının müddəti uzadılıb
# 02 iyul 2021 16:55 (UTC +04:00)

“2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə tədbirlər proqramının müddəti uzadılıb”.

APA-nın məlumatına görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov “TƏBİB məsləhəti”ndə deyib.

O bildirib ki, proqramın genişləndirilməsi də təklif olunub: “Düşünürəm ki, proqram nəticəsində bütün bədxassəli xəstələr, o cümlədən uşaqlar təmənnasız mərkəzimizdə müalicə ala biləcəklər. Bu gün bəzi mövcud problemlərə görə bəzi xəstələr pullu müalicə ala bilirlər, bəzi dərmanların çatışmazlığı olur. Ölkə çətin dönəmdən keçdi, bu problemlərin həlli yönündə işlər görülür. Yaxın zamanda heç bir pasiyentin dərmanla müalicə ilə əlaqədar problemi qalmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR