Qanunsuz fəaliyyət göstərən çörək sexinin rəhbəri məsuliyyətə cəlb edilib

Qanunsuz fəaliyyət göstərən çörək sexinin rəhbəri məsuliyyətə cəlb edilib
# 31 avqust 2021 11:03 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Musayev Namiq Xıdır oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilən yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyena qaydalarına və texniki normativ hüquqi aktların tələblərinə, istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.

AQTA-dan APA-ya bildirilib ki, eyni zamanda işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR