Qanunsuz fəaliyyət göstərən heyvan kəsim məntəqəsində at əti satışının qarşısı alınıb

Qanunsuz fəaliyyət göstərən heyvan kəsim məntəqəsində at əti satışının qarşısı alınıb

© APA | Qanunsuz fəaliyyət göstərən heyvan kəsim məntəqəsində at əti satışının qarşısı alınıb

# 15 iyul 2021 17:18 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Tovuz rayonu, Əyyublu kəndində fəaliyyət göstərən ət satışı məntəqəsində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı məntəqədə ət satışının baytarlıq baxışı və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub.

Belə ki, orqanoleptik baxış zamanı mənşəyi və keyfiyyətinə ciddi şübhələr yaranan ümumi çəkisi 34 kq olan ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub. Aparılan müayinələr nəticəsində qeyd olunan ətin “E-coli”, “BÇQB” və “Streptococcus spp” bakteriyaları ilə çirkləndiyi və at əti olduğu aşkar olunub.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız 34 kq at ətinin satışının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR