Qanunsuz sahibkarlığa görə inzibati tənbeh xətadan bir il keçənədək veriləcək

Milli Məclis

© APA | Milli Məclis

# 06 oktyabr 2021 15:29 (UTC +04:00)

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək veriləcək.

APA-nın məlumatına görə, bu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əskini tapıb.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma xətası törədildikdə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə üçün daha uzun müddət nəzərdə tutulması, habelə bu xətanın da aşkar edildikdən sonra inzibati araşdırma aparılan inzibati xətalar dairəsinə aid edilməsi təklif edilir.

Qeyd edilənlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR