Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə 12 dövlət qurumu qoşulub

Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə 12 dövlət qurumu qoşulub
# 19 iyul 2021 15:15 (UTC +04:00)

Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda dövlət qurumu və təşkilatlardan 12-i qoşulub.

APA-nın məlumatına görə, bu barədə İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun bu gün keçirilən iclasında qeyd edilib.

Bildirilib ki, Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda 27 dövlət qurumunun və təşkilatının 12-sinin qoşulması təmin edilib, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilib. Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR