Qardaşları ilə dava edən Bakı sakini ağır xəsarət alıb

Qardaşları ilə dava edən Bakı sakini ağır xəsarət alıb
# 27 may 2021 03:02 (UTC +04:00)

Bakının Xətai rayonunda ailədaxili münaqişə zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Babək küçəsi, 4 ünvanında baş verib.

1976-cı il təvəllüdlü Abbasov Rəsul Front oğlu evdə iki qardaşı ilə əlbəyaxa dava edib. Dava zamanı qardaşlardan biri onun baş nahiyəsinə tava ilə zərbə vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

R. Abbasovun ruhi xəstə olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR