Qazax və Cəlillabad sakinlərindən odlu silah götürülüb

Qazax və Cəlillabad sakinlərindən odlu silah götürülüb
# 25 oktyabr 2021 13:10 (UTC +04:00)

Qazax və Cəlillabad sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təklə kənd sakini P.Qubadovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb.
Qazax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan şəhər sakini Ə.Əfəndiyevdən “Makarov” markalı tapança, 3 ədəd patron darağı və 21 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR