Qazaxda 2 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb, cinayət işi başlanıb - VİDEO - YENİLƏNİB

Qazaxda 2 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb, cinayət işi başlanıb - VİDEO  - YENİLƏNİB
# 03 iyun 2021 22:46 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

Saat. 15:57

Prokurorluq Qazax Müalicə Diaqnostika Mərkəzində iki yaşlı uşağın ölüm faktı barədə məlumat yayıb.

Qazax rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 1-də saat 13 radələrində 2019-cu il təvəllüdlü Fatimə Abbasovanın Qazax Müalicə Diaqnostika Mərkəzində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə tibbi ekspertin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, azyaşlı Fatimə Abbasova qeyd edilən Mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR