Qazaxda güclü külək nəticəsində ağacın budağı kişinin üstünə düşüb

Qazaxda güclü külək nəticəsində ağacın budağı kişinin üstünə düşüb
# 24 avqust 2021 00:26 (UTC +04:00)

Qazax sakini güclü külək nəticəsində xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsində yerləşən parkda qeydə alınıb.

1957-ci il təvəllüdlü Axundov Emil Məhəmməd oğlu parkda istirahət edən zaman güclü külək əsib. Küləyin təsirindən qopan ağac budağı yaşlı kişinin üzərinə düşüb. Nəticədə 64 yaşlı kişi müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR