Qazaxıstan vətəndaşlarının Azərbaycanda qalma qaydalarında dəyişiklik edilib

Qazaxıstan vətəndaşlarının Azərbaycanda qalma qaydalarında dəyişiklik edilib
# 26 avqust 2021 11:13 (UTC +04:00)

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 2 oktyabr 2009-cu il tarixdə imzalanmış vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə Protokol şəklində dəyişikliklər edilib.

Bu barədə APA Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, həmin Protokolla Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aşağıdakı dəyişiklik edilib:

- Bir Tərəfin dövlətinin vətəndaşı digər Tərəfin dövlətinin ərazisində 30 gündən artıq müddətdə qaldıqda, həmin vətəndaş qaldığı tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (yerləşmə yeri üzrə uçota durmaq) keçməlidir.

Bununla da, Azərbaycan Respublikasında 30 gündən artıq müvəqqəti olmaq istəyən Qazaxıstan Respublikasının vətəndaşları bu müddət ərzində olduqları yer üzrə qeydiyyata düşməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR