Qeyri-sabit hava şəraiti davam edəcək

Qeyri-sabit hava şəraiti davam edəcək
# 07 oktyabr 2021 12:11 (UTC +04:00)

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 8-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 8-də gündüz, 9-da əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-19°, aran rayonlarında 19°-dək, dağlarda 3-8° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR