QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yeni icraçı direktoru kollektivə təqdim edilib

Aygün Əliyeva

© APA | Aygün Əliyeva

# 23 noyabr 2021 18:44 (UTC +04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni təyin olunmuş icraçı direktoru Aygün Əliyeva kollektivə təqdim edilib.

Agentlikdən APA-ya verilən məlumata görə, təqdimat Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev tərəfindən həyata keçirilib.

A.Əliyeva ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək, ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının qərarı ilə A.Əliyeva Agentliyin icraçı direktoru vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR