Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı parlamentdə dinləmələr keçiriləcək

Milli Məclis

© APA | Milli Məclis

# 17 sentyabr 2021 17:06 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələr keçiriləcək.

APA-nın məlumatına görə, bu, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında açıqlanıb.

Bu məsələ komitənin 2021-ci il payız sessiyası üçün İş planına daxil edilib.

Eyni zamanda komitədə su problemi və suyun keyfiyyəti barədə müzakirələrin təşkil edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR