Qubada keçmiş məhkumdan 40 kq-dan çox narkotik vasitə götürülüb

Qubada keçmiş məhkumdan 40 kq-dan çox narkotik vasitə götürülüb
# 17 iyun 2021 11:45 (UTC +04:00)

Quba rayonunda keçmiş məhkum narkotik vasitələri qanunsuz olaraq kultivasiya etmə və saxlama faktına görə saxlanılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Mirzəqışlaq kənd sakini, əvvəllər məhkum olunmuş, 1962-ci il təvəllüdlü Babayev Mirqasım Miri oğlu və onun oğlu 1986-cı il təvəllüdlü Kanan Babayevin birgə yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada 23 ədəd, həyətyanı sahədə 48 ədəd, həyətyanı sahənin yaxınlığında yerləşən əkin sahəsində isə 39 ədəd, ümumilikdə 110 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 40 kiloqram 797 qram olan marixuana əkilib becərilməsi aşkarlanıb.

Məlum olub ki, qadağan olunmuş narkotik xassəli çətənə bitkilərinə Babayev Mirqasım Miri oğlu və oğlu Babayev Kənan Mirqasım oğlu tərəfindən aqrotexniki qulluq olunaraq becərilib. Bundan başqa, Babayev Mirqasım Miri oğluna məxsus fərdi yaşayış evinin zirzəmisində istifadəyə yararsız qaz sobasının içərisində gizlədilmiş 3 ədəd kağız bükülüdə olmaqla, ayrı-ayrılıqda 15 375 qram 0,600 qram və 0,112 qram çəkidə olan narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanıb qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR