Qubada soyqırımı mövzusunda beynəlxalq simpozium keçirilir

Qubada soyqırımı mövzusunda beynəlxalq simpozium

© APA | Qubada soyqırımı mövzusunda beynəlxalq simpozium

# 10 sentyabr 2021 12:50 (UTC +04:00)

Bu gün Qubada “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə Azərbaycan-Türkiyə münasibətləri” adlı elmi simpozium işinə başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, simpozim Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası” kafedrasının birgə təşkilatçılığı ilə təşkil olunub.

İki gün davam edəcək II Beynəlxalq Quba Simopoziumuna Azərbaycan, Türkiyə və Rusiyadan 50-ə qədər alim və tədqiqatçı qatılıb.

Öncə tədbir iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra simpozium öz işinə başlayıb.

Qeyd edək ki, simpoziumun keçirilməsinin əsas məqsədi regionda elm və tarixin inkişafına dəstək olmaq, XX əsr soyqırımı həqiqətlərini bir daha araşdırmaq, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə-Azərbaycan dostluğunun tarixini, 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərimizi dünya ictimaiyyətinə çatdırmaq və bu sahədə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR