Qubada Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsi anılıb - FOTO - VİDEO

Qubada Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsi anılıb - FOTO  - VİDEO
# 23 oktyabr 2021 13:23 (UTC +04:00)

Qubada Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun şəhid olmasının ildönümü qeyd olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Alekseyevka kəndində keçirilən anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları, kənd sakinləri iştirak edib.

Tədbir iştirakçıları Alekseyevka kənd qəbiristanlığında şəhidin məzarını, kənd orta məktəbini və Alekseyevkanın mərkəzindəki xatirə bulağını ziyarət edib.

Şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Ü.Məmmədov Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra o “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, Füzulinin "azad olunmasına görə" və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR