Qusarda mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb - VİDEO - YENİLƏNİB

Qusarda mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb - VİDEO  - YENİLƏNİB
# 02 iyun 2021 10:13 (UTC +04:00)

Qusar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr olan əti satmaq istəyən zaman saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində həmin əti mal əti adı ilə satmaq istədiklərini bildiriblər.

Kəsilmiş ətlərdən götürülən nümunələr laborator müayinəyə göndərilib.

Qeyd edilən faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR