Ramin Bayramlı: “3-cü doza vaksinasiya ilə bağlı Operativ Qərargah tərəfindən müzakirələr aparılır" - YENİLƏNİB

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı

© APA | TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı

# 02 iyul 2021 13:16 (UTC +04:00)

“Növbəti mərhələdə 3-cü doza vaksinasiya ilə bağlı elm adamları, Operativ Qərargah tərəfindən müzakirələr aparılır. Bununla bağlı qərarlar ictimaiyyətə açıqlanacaq”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, iki doza vaksin tətbiqindən sonrakı dozanın hansı vaksin olması ilə bağlı da dünyada tədqiqatlar aparılır: "Bununla bağlı bütün statistik tədqiqatlar, elmi araşdırmalar toplanılır və qərarlarımız ictimaiyyət açıqlanacaq. Ölkədə hansı vaksinə tələbat olacaqsa, effektivliyi ilə bağlı daha önə çıxacaqsa, onlar təmin ediləcək. Bu gün bütün vaksinlər təhlükəsizdir".

***

13:05

“3-cü doza vaksinin tətbiqi və hansı platformada olacağı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bundan sonra qərar veriləcək: “İndiyə kimi necə adekvat qərarlar verilibsə, bundan sonra da qərarlar qəbul ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR