Ramin Bayramlı Türkiyədə "Turkovac” peyvəndinin 3-cü faza tədqiqatları ilə bağlı məsləhətləşmələr aparıb

Ramin Bayramlı Türkiyədə "Turkovac” peyvəndinin 3-cü faza tədqiqatları ilə bağlı məsləhətləşmələr aparıb
# 26 avqust 2021 12:01 (UTC +04:00)

Türkiyədə səfərdə olan TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla görüşüb.

Görüş zamanı “Turkovac” peyvəndinin 3-cü faza tədqiqatları ilə bağlı məsləhətləşmələr aparılıb.

APA-nın xəbərinə görə, bu barədə Erhan Akdoğan “Twitter”də paylaşım edib.

O qeyd edib ki, görüş zamanı sağlamlıq sahəsində elm və texnologiyalara dair işbirliyi də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR