Rayonlarda leysan olacaq, dağ çaylarından sel kecəcək - XƏBƏRDARLIQ

Rayonlarda leysan olacaq, dağ çaylarından sel kecəcək - XƏBƏRDARLIQ
# 21 sentyabr 2021 17:24 (UTC +04:00)

ETSN-nin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən APA-ya bildirilb ki, sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR