Reabilitasiya müəssisələrinə ödənişli xidmətlər göstərmək hüququ verilib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 27 may 2021 09:21 (UTC +04:00)

Reabilitasiya müəssisələrinə ödənişli xidmətlər göstərmək hüququ verilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində reabilitasiya müəssisəsini Nazirlər Kabineti ilə razılaşdırmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradır. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallar da istisna olmaqla, dövlət adından icra hakimiyyəti orqanının (dövlət adından yaradılan publik hüquqi şəxsin) tabeliyində reabilitasiya müəssisəsini Nazirlər Kabineti ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanı (dövlət adından yaradılan publik hüquqi şəxs) yaradır.

Reabilitasiya müəssisəsində əlilliyi olan şəxsin reabilitasiyası şəxs üçün tərtib edilmiş Fərdi Reabilitasiya Proqramına uyğun olaraq həyata keçirilir. Reabilitasiya müəssisəsi əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasını və onların cəmiyyətə inteqrasiyasını təmin edir. Reabilitasiya müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq əlilliyin erkən diaqnostikası, həmçinin sağlamlığın qorunması tədbirləri, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə (dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında ödənişli xidmətlər göstərmək hüququ var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR