Rəhman Hacıyev: "Qarabağ Dirçəliş Fondunun strategiyası üzərində iş gedir"

Rəhman Hacıyev

© APA | Rəhman Hacıyev

# 03 dekabr 2021 14:58 (UTC +04:00)

"Qarabağ Dirçəliş Fondunun gələcək strategiyası hazırlanır, sənəd üzərində iş gedir".

APA-nın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.

Onun sözlərinə görə, sənəd yaxın günlərdə Müşahidə Şurasının müzakirəsinə çıxarılacaq: "Azərbaycanın gələcəyi dayanıqlı gələcəkdir. Böyük qayıdış dayanıqlı məskunlaşmadan, iqtisadi reinteqrasiyadan asılıdır. Dayanıqlılıq birbaşa insan kapitalı, ətraf mühit və düzgün idarəçilik prinsipi ilə bağlıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR