Rəis müavini: "Amnistiya Aktı qüvvəyə minməmiş hökmlərə və ibtidai istintaqa olan işlərə də şamil ediləcək"

“Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda dəyirmi masa

© APA | “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda dəyirmi masa

# 11 noyabr 2021 11:35 (UTC +04:00)

Zəfər Günü münasibətilə bağlı imzalanan Amnistiya Aktı digərlərindən fərqlənir.

APA xəbər verir ki, bunu 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-in iştirakı ilə dəyirmi masada Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov deyib.

E. Nəsibov bildirib ki, Zəfər Günü münasibətilə imzalanan Amnistiya Aktının digərlərindən fərqi ondan ibarətdir ki, qanuni qüvvəyə minməmiş hökmlərə və ibtidai istintaq mərhələsində olan işlərə şamil ediləcək:

"Amnistiya aktının icrası 4 ay müddətində icraçı orqanlar tərəfindən başa çatdırılacaq. Amnistiya aktı ilk dəfə ağır cinayət törədilməsinə görə 6 aya qədər cəzası qalan şəxslərə də şamil olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR