Rektor: "İşlər elə qurulmalıdır ki, rüşvətə yer olmasın"

AzTU-nun rektoru Vilayət Vəliyev

© APA | AzTU-nun rektoru Vilayət Vəliyev

# 22 iyul 2021 16:03 (UTC +04:00)

"Rektor kimi fəaliyyət göstərdiyim 2 il ərzində 8 fakültə 7 fakültə ilə əvəz edilib, 2 fakültə birləşdirilib. 40-a yaxın kafedra 20-yə qədər endirilib. Bunlar islahatlar nəticəsində bir-birini tamamlayan, təhsil və tədqiqatda bir-birinə mane olan kafedraları bağlamışıq".

APA-məlumatına görə, bunu 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə onlayn görüşdə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bildirib.

Rektor, eyni zamanda, universitetdə neqativ halların qarşısının alınması üçün görülən işlərdən də danışıb:

“Mən işlədiyim universitetdə rüşvət olmamalıdır. Bütün məsələmiz rüşvətin kökünü kəsmək deyil, elə sistem olmalıdır ki, ümumiyyətlə rüşvət olmasın. İşlər elə qurulmalıdır ki, rüşvətə yer olmasın. Apardığımız islahatların canında da bu durur. Bu sistem neqativ halların olmasına imkan verməməlidir. Bu sistem qurulmasa neqativ hallar baş alıb gedər. Əsas hədəflərimiz bu cür sistem qurmaqla bütün neqativ halların qarşısını almaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR