Rəşad Mahmudov: "Peyvəndin ürək-damar xəstəliyini artırması ilə bağlı heç bir dəlil yoxdur"

Rəşad Mahmudov: "Peyvəndin ürək-damar xəstəliyini artırması ilə bağlı heç bir dəlil yoxdur"
# 24 avqust 2021 12:40 (UTC +04:00)

“89 min koronavirus xəstəsi üzərində İsveçrədə aparılmış tədqiqatlara görə, peyvəndin ürək-damar xəstəliyi arasında riskləri, beyin ölümünü artırması barəsində heç bir dəlil tapılmayıb”.

APA-nın məlumatına görə, bunu deputat Rəşad Mahmudov təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib. O bildirib ki, koronavirusa yoluxaraq xəstəxanaya orta-ağır vəziyyətdə düşən xəstələrin 2 həftə ərzində ürək damar xəstəliyinə tutulma, insult keçirmə faizi 6.8 dəfə artmaqdadır: “Peyvəndin ürək-damar xəstəliyini artırması ilə bağlı heç bir dəlil yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR