Rəşad Mahmudov: “Yaxın gələcəkdə meyitlərdən orqan götürülməsi ilə bağlı işlər görüləcək”

Rəşad Mahmudov: “Yaxın gələcəkdə meyitlərdən orqan götürülməsi ilə bağlı işlər görüləcək”
# 28 iyul 2021 11:18 (UTC +04:00)

“Azərbaycanda səhiyyənin inkişafı, səhiyyədə yeni ciddi islahatlar dövründə yaşayırıq”.

APA-nın məlumatına görə, bunu Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günlərinə həsr olunmuş konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov bildirib.

R. Mahmudov xatırladıb ki, bir il əvvəl Milli Məclisdə meyitlərdən orqan transplantasiyası ilə bağlı qərar qəbul edilib və dövlət başçısı tərəfindən də təsdiqlənib: “Yaxın gələcəkdə bununla bağlı Koordinasiya Mərkəzinin yaradılması və meyitlərdən orqan götürülməsi ilə bağlı işlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR