Rezidenturaya qəbul imtahanında Tibb Universitetinin 3-cü kursu bitirən tələbələri də iştirak edə bilərlər

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

© APA | DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

# 26 may 2021 11:33 (UTC +04:00)

“Rezidenturaya sənəd qəbulunun vaxtı ona görə az verilir ki, bu kontingentin sayı az, 1000-1500 nəfər olur”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

O deyib ki, əsas baza fənlərdən imtahan iki cəhd olacaq, birinci cəhd imtahan iyunun 20-də keçiriləcək: "İkinci cəhdin iyulda olması nəzərdə tutulur. Birinci imtahanda təkcə bu ilin məzunları yox, 3-cü kursu bitirən Tibb Universitetinin tələbələri də iştirak edə bilərlər. İxtisas üzrə fənlər, biliklərin qiymətləndirilməsi isə sentyabrda keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR