Rezidenturaya sənəd verənlərin sayı açıqlanıb

Rezidenturaya sənəd verənlərin sayı açıqlanıb
# 07 iyun 2021 09:45 (UTC +04:00)

2021/2022-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd verənlərin sayı açıqlanıb.

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, təsdiq edilmiş ərizələrin sayı 2026-dır, onlardan 1716-sı Azərbaycan bölməsi, 310-u rus bölməsindəndir.

Qeyd edək ki, rezidenturaya əsas baza fənlərdən imtahan iki cəhd olacaq. Birinci cəhd imtahanı iyunun 20-də keçiriləcək. İkinci cəhdin iyulda keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR