Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirilib

Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirilib
# 17 iyul 2021 17:39 (UTC +04:00)

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 19 iyul 2021-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyinə görə, sözügedən I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün müəllim seçimini 26 iyul 2021-ci il tarixindən etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR