Rusiya səhiyyə nazirinin iştirakı ilə Seçenov Universitetinin Bakı filialının ilk məzunlarına diplom təqdim edilib - FOTO - VİDEO - YENİLƏNİB

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzun buraxılışı

© APA | İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzun buraxılışı

# 06 iyul 2021 20:05 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 15:31

Bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzun buraxılışına həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə səhiyyə nazirinin birinci müavini Teymur Musayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil naziri Emin Əmrullayev, o cümlədən Azərbaycanda səfərdə olan Rusiyanın səhiyyə naziri Mixail Muraşko iştirak edib.

Filial barədə məlumat verən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev deyib ki, daim Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss ediblər. Rektor bu il universitetin ilk 87 məzununa diplom təqdim ediləcəyini nəzərə çatdırıb.

Tədbirdə filialın tarixinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Məzunları təbrik edən və filialda yüksək səviyyədə tədris təşkil edildiyini vurğulayan Rusiyanın səhiyyə naziri deyib ki, bu filialın yaradılmasına görə Prezident İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə minnətdardırlar: “Məzunların demək olar ki, 20 faizinin qırmızı diplom alması məni sevindirir. Həkimlər insanların həyatını xilas edir”.

M. Muraşko filiala Rusiya Səhiyyə Nazirliyinin simvolunu təqlim edib: “Biz görürük ki, hökumətin dəstəyi ilə filial inkişaf edir, yüksək səviyyəli kadrlar yetişdirir”.

Rusiya səhiyyə naziri məzunların bir qisminə diplom təqdim edib.

Səhiyyə nazirinin birinci müavini Teymur Musayev qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilir: “6 il keçib, 87 məzun var. Mən yüksək təhsil səviyyəsinə görə filialın professor-müəllim heyətinə təşəkkür edirəm. Əminəm ki, bu məzunlar səhiyyənin inkişafında mühüm rol oynayacaq. İki ölkə arasında dostluq münasibətlərinin böyük tarixi var”.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, koronavirus pandemiyası həyat şəraitimizi dəyişib: “Azərbaycan Prezident, Ali Baş Komandan Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edib. Bu da ötən müddətdə ən önəmli hadisədir”.

Təhsil naziri filialın ilk məzunlarını və filialın professor-müəllim heyətinə təşəkkür edib, onlara uğurlar arzulayıb.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Bakı filialının məzunlarının yüksək təhsil aldığını vurğulayıb: “Bu gün siz tək bizim ölkəmizin deyil, dünyada tibb sahəsində lider universitetlərdən birinin diplomunu alırsınız. Pandemiya dövründə bir sıra çətinliklər üzə çıxıb, buna baxmayaraq, professorlarımız təyyarə ilə Azərbaycana gələrək məruzələr oxuyublar. Universitetimizin bir çox məşhur məzunları var. Fəxr edirik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bizim məzundur”.

Tədbir çıxışlarla və məzunlara diplomların təqdim edilməsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR