Rusiyada 6 il qabaq qadının ölümünə səbəb olan azərbaycanlının istintaqı başa çatıb

Rusiyada 6 il qabaq qadının ölümünə səbəb olan azərbaycanlının istintaqı başa çatıb
# 23 oktyabr 2021 09:17 (UTC +04:00)

Rusiyada cinayət törədən Azərbaycan vətəndaşı Əlövsət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslə bağlı toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, 25.10.2015-ci tarixdə Rusiyanın İstintaq Komitəsinin Tatarıstan İstintaq İdarəsinin Aznakayevski rayonlararası İstintaq Bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanan və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.

26.04.2021-ci il tarixdə Ucar Rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif oluub.

Daha sonra 09.01.1965-ci il tarixdə Ucar rayonu Qaradağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan Azərbaycan vətəndaşı Əlövsət Məmmədov istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR