Rusiyada ağır yol qəzasında 4 nəfər ölüb

Rusiyada ağır yol qəzasında 4 nəfər ölüb
# 08 oktyabr 2021 01:48 (UTC +04:00)

Rusiyanın Bryansk vilayətində ağır yol qəzası baş verib.

APA ölkənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 avtomobil toqquşub və 4 nəfər ölüb, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza Bryansk - Smolensk - Jiryatino avtomagistralında qeydə alınıb.

İlkin versiyaya görə, qəza “Mitsubishi” markalı maşınla “Lada” markalı avtomobil toqquşub. Hadisə “Hyundai” markalı avtomobilinin sürücüsünün günahı üzündən baş verib.

Polis qəzanın başvermə səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR