Rusiyanın Tambov vilayətində bu gün səhər yerli vaxtla saat 05: 25-də mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə Sampur bölgəsində Moskvaya gedən P-22 magistral yolunun 500-cü kilometrliyində qeydə alınıb.