Rusiyada son sutkada koronavirusdan 886 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 886 nəfər ölüb
# 02 oktyabr 2021 12:47 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 25 219 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 560 767 nəfərə çatıb.

Son sutka ərzində 886 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 209 028 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə, Braziliyadan sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR